Xəbərlər

Polşa–Amerika təlimləri başlayıb

Polşada F-16 qırıcı təyyarələrinin istifadəsinin məşqi üzrə Polşa-Amerika birgə Aviasiya Dəstəsinin təlimləri başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Polşanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Dünən 32-ci Taktik Aviasiya Bazasının Polşa və ABŞ Hərbi Hava Qüvvələrinin 138-ci Qırıcı Qanadının F-16 qırıcılarının iştirak etdiyi Aviasiya Dəstəsinin Rotasiyası – “24-3″ təlimi başladı”, – Polşa Müdafiə Nazirliyi bildirib.