Polşada prezident seçkilərində qalib gələn Karol Navroçki dövlət başçısı vəzifəsinin icrasına başlayıb.
“Füyuzat”ın məlumatına görə, inauqurasiya mərasimi avqustun 6-da Seymin (parlamentin aşağı palatası) plenar iclas zalında keçirilib.
Konstitusiyaya uyğun olaraq, Navroçki Milli Assambleya qarşısında and içib.
“Xalqın iradəsi ilə Polşa Respublikasının Prezidenti vəzifəsini tutaraq, konstitusiyanın müddəalarına sadiq qalmağa, xalqın ləyaqətini, dövlətin müstəqilliyini və təhlükəsizliyini, Vətənin və vətəndaşların rifahını mətanətlə qoruyacağıma təntənəli surətdə and içirəm”, – yeni prezident qeyd edib.



