Xəbərlər

Prezident İlham Əliyev MDB ilə bağlı sazişi təsdiqləyib

“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş” Azərbaycanın müvafiq qeyd-şərti ilə təsdiq edilib.

“Füyuzat”ın məlumatına görə, prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Qeyd edək ki, sənəd MDB Hökumət Başçıları Şurasının 2022-ci il oktyabrın 28-də keçirilmiş iclasında imzalanıb.