Xəbərlər

Problemli kreditlərin məbləği 11 %-dən çox azalıb

Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 473,1 milyon manat təşkil edib.

“Füyuzat”ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumatına görə, bu, avqustun 1-i ilə müqayisədə 4,3 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7,8 % artıb, son 1 ildə isə 11,45 % azalıb.

Sentyabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət avqustun 1-nə də 1,7 %, ilin əvvəlinə 1,8 %, ötən il sentyabrın 1-nə isə 2,4 % olub.