Xəbərlər

Putin Abbası BRİCS sammitinə dəvət edib

Rusiya Prezidenti Vladimir Putin Fələstin lideri Mahmud Abbası oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində iştirak etməyə dəvət edib.

“Füyuzat”ın məlumatına görə, bunu Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl deyib.

“Prezident Putin Mahmud Abbası oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində iştirak etməyə rəsmən dəvət edib”, – diplomat bildirib.