“Artıq 34 ölkə BRİCS-ə qoşulmaq istədiyini bildirib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda təşkilata üzv ölkələrin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələri ilə görüşündə bildirib.
“Fürsətdən istifadə edərək, ölkələrinizin liderlərinə çatdırmaq istərdim ki, biz onları BRİCS-ə üzv ölkələrin hərtərəfli tərəfdaşlığının daha da inkişaf etdirilməsi perspektivlərinin əsaslı şəkildə müzakirə ediləcəyi sammitdə gözləyirik”, – Rusiya lideri bildirib.