“Rusiya Prezidenti Vladimir Putin statusuna görə ən yüksək dövlət səfərini Azərbaycana edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, səfər avqustun 18-19-da baş tutacaq.
Danışıqların mövzuları arasında Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər var.
Kremlin bəyanatında qeyd edilir ki, səfərin yekunları üzrə birgə bəyanatın, eləcə də bir sıra sənədlərin imzalanması planlaşdırılır.
Putinin Azərbaycana sonuncu səfəri 2018-ci ilin sentyabrında baş tutub.