Xəbərlər

Putin Belarusa səfər edib

Rusiya prezidenti Vladimir Putin cümə axşamı iki günlük rəsmi səfər üçün Minskə gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS xəbər verib.

Putin Minskə səfəri zamanı Lukaşenko ilə təhlükəsizlik məsələlərini müzakirə etməyi planlaşdırdığını bildirib.

“Bu yaxınlarda həmkarlarımız bizim iştirakımız və dəstəyimizlə çox şey etdilər. Biz sabah bütün bu məsələləri, o cümlədən təhlükəsizlik məsələlərini həll edəcəyik”, – deyə Putin bildirib.

Onlar həmçinin Belarus ordusunun da iştirak etdiyi Rusiya nüvə təliminin ikinci mərhələsini müzakirə edəcəklər.

Belarusa səfər Putinin mayın 7-də yeni müddətə Rusiya prezidenti kimi andiçmə mərasimindən sonra ikinci xarici səfəri olacaq. Prezident ilk dövlət səfərini Çinə, üçüncü səfəri isə mayın 26-27-də Özbəkistana edəcək.

Xatırladaq ki, Putin və Lukaşenko sonuncu dəfə mayın 9-da, ondan əvvəl isə aprelin 12-də Moskvada görüşüblər.