Rusiya prezidenti Vladimir Putin və Braziliya prezidenti Luiz İnasiu Lula da Silva telefonla danışıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Kremldən məlumat verilib.
“İki ölkə başçıları Rusiya ilə Braziliya arasında siyasi, ticari və iqtisadi sahələrdə strateji tərəfdaşlığın gələcək inkişafı ilə bağlı məsələləri müzakirə edib, müxtəlif səviyyələrdə təmasları planlaşdırıb”, – məlumatda bildirilib.