Xəbərlər

Putin Çin Xalq Respublikasının Dövlət Şurasının Baş nazirini qəbul edəcək

Rusiya Prezidenti Vladimir Putin avqustun 20-22-də Rusiyada səfərdə olacaq Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Qianqı qəbul edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Li Qianq Rusiyanın Baş naziri Mixail Mişustinin dəvəti ilə iki ölkənin hökumət başçılarının 29-cu növbəti görüşünə gəlib, tərəflər praktiki əməkdaşlığın inkişafına, humanitar və regionlararası mübadilələrə diqqət yetirməklə Rusiya-Çin münasibətlərinin inkişafı üzrə cari məsələləri müzakirə etməyi planlaşdırırlar.

Qeyd edək ki, Putin və Li Qianq arasında əvvəlki görüş may ayında Rusiya liderinin Çinə dövlət səfəri zamanı Pekində baş tutub.