“Rusiya Prezidenti Vladimir Putin Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov MDB-yə üzv ölkələrin Başçıları Şurasının iclasından əvvəl keçirilən brifinqdə deyib.
“Prezident Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək”, – Uşakov bildirib.
Prezidentin köməkçisi vurğulayıb ki, görüşlərdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunacaq.