Xəbərlər

Putin İlham Əliyevdən üzr istədi

Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasını müzakirə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı məsələlər ətraflı müzakirə edilib”, – mətbuat xidmətinin məlumatında deyilir.

Əlavə edilib ki, Putin İlham Əliyevdən üzr istəyib.

“Azərbaycan təyyarəsi ilə insident Rusiyanın hava məkanında baş verdiyi üçün Putin İlham Əliyevdən üzr istəyib. Rusiya Federasiyasının prezidenti təyyarə qəzasında həlak olanların ailələrinə bir daha başsağlığı verib”, – məlumatda qeyd edilib.

Söhbət Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.