Rusiya prezidenti Vladimir Putin Afrika ölkəsi Konqo Respublikasının lideri Denis Sassu-Nqesso ilə görüşüb.
“Füyuzat”ın məlumatına görə, görüş zamanı tərəflər Rusiya və Konqo Respublikası arasında yaxşı münasibətlər haqqında danışıqlar aparıblar.
“Hörmətli cənab Prezident, Sizi Moskvada salamlamaqdan çox məmnunam. Qeyd etmək istərdim ki, siz sovet dövründə ölkəmizə səfər etmisiniz. Bizim həm ölkələrimiz arasında, həm də şəxsi səviyyədə çox yaxşı münasibətlərimiz var”, – Putin qeyd edib.
O vurğulayıb ki, Sassu-Nqesso ikitərəfli münasibətlərin inkişafı üçün çox şey edib: “Siz hər iki Rusiya-Afrika sammitində iştirak etmisiniz. Bütün sahələrdə əməkdaşlığın inkişafı üçün lazımi səylər göstərirsiniz. Mən münasibətlərin nəzərəçarpacaq dərəcədə artdığı siyasi səviyyədən, eləcə də ticarət-iqtisadi əlaqələrdən danışıram”.
Putin konqolu həmkarına beynəlxalq arenada əməkdaşlığa görə təşəkkür edib.