“Rusiya prezidenti Vladimir Putin Kremldə Rusiyaya rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüş kecirəcək. Dövlət başçıları genişmiqyaslı danışıqlar aparacaqlar”.
“Füyuzat”ın məlumatına görə, bu sözlər Kremlin mətbuat xidmətinin bəyanatında yer alıb.
Qeyd edilib ki, müzakirə mövzusu iki ölkə arasında əməkdaşlığın inkişafı və Yaxın Şərqdəki vəziyyət olacaq. Öz növbəsində, Əmirlik tərəfi iqtisadi, ticarət, investisiya və enerji sahələrində əməkdaşlığın gücləndirilməsi yollarının müzakirə ediləcəyini açıqlayıb.
BƏƏ liderinin səfəri ərəfəsində Rusiya hökuməti Əmirlik tərəfi ilə Xidmətlər Ticarəti və İnvestisiyalar üzrə Sazişin, eləcə də iki müşayiətedici sənədin imzalanmasına göstəriş verib.



