Rusiya Prezidenti Vladimir Putin Kremldə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Kremldən bildirilib.
“Bizim münasibətlərimizin bütün istiqamətləri haqqında danışmaq imkanımız var. Bir müddətdir ki, bir-birimizi görmürük”, – Rusiya lideri qeyd edib.
Bundan əvvəl iki lider 2023-cü il martın 15-də Kremldə görüşüb. Həmin görüş üç saat davam edib.