Xəbərlər

Putin: Moskvanın Avropaya, NATO-ya qarşı müharibə planlarına dair bəyanatlar “cəfəngiyyat”dır

Rusiyanın Ukraynadan sonra Avropaya və NATO-ya hücum etmək niyyətində olması fikrini “cəfəngiyyat” adlandırıb.

“Füyuzatın”ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya prezidenti bildirib ki, Moskvanın təhlükəsizlik maraqları nəzərə alınsaydı, Rusiya ilə Ukrayna arasında münaqişə yaranmazdı.

“Biz bu bərabərsizliyə görə NATO ilə vuruşacağıq, yoxsa başqa bir şey? Bu sadəcə cəfəngiyatdır!” – Putin əlavə edib.

Putin həmçinin vurğulayıb ki, Rusiyanın heç bir təcavüzkar niyyəti yoxdur və “Donbasda hərbi əməliyyatlarla müşayiət olunan dövlət çevrilişi olmasaydı, heç vaxt Ukraynada döyüşə başlamazdı”.