Xəbərlər

Putin Paşinyanı BRİCS sammitinə dəvət edib

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı Kazanda keçiriləcək BRİCS sammitinə dəvət edib və sammit çərçivəsində ikitərəfli görüşün keçirilməsini təklif edib.

“Füyuzat”ın məlumatına görə, bunu Vladimir Putin Moskvada Paşinyanla görüşündə deyib.

“Mən sizi Kazanda BRİCS sammitində gözləyirəm, ümid edirəm ki, bu faydalı və maraqlı olacaq. Biz ikitərəfli görüş keçirəcəyik və bir çox həmkarlarımızla söhbət etmək imkanı olacaq”, – Putin bildirib.