Xəbərlər

Putin Qazaxıstana səfər edəcək

Rusiya Prezidenti Vladimir Putinin noyabrın 27-də Qazaxıstana dövlət səfəri planlaşdırılıb.

“Füyuzat”ın məlumatına görə, bunu Astanada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə Qazaxıstan Respublikanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu deyib.

“Rusiya Prezidentinin noyabrın 27-də Qazaxıstana gözlənilən dövlət səfəri çoxşaxəli tərəfdaşlığın təşviqi baxımından böyük əhəmiyyət kəsb edir. Tərəflər Rusiya Prezidentinin noyabrın 27-də Qazaxıstana dövlət səfərinə ciddi hazırlıq görürlər”, – Nurtleu vurğulayıb.

Əlavə detallar verilməyib.