Xəbərlər

Putin: Qəzzadakı girovların qaytarılması üçün hər şeyi edəcəyik

“Rusiya Qəzza zolağında qalan girovların azad edilməsi üçün hər şeyi edəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Qəzzada əsirlikdən azad edilmiş Aleksandr Trufanovla görüşündə deyib.

“Əlbəttə, biz Qəzzadakı girovların azad edilməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik. Sizinlə eyni vəziyyətdə olan bütün insanlar azad olacaqlar. Sizi görməyə çox şadam və sizə ailə səadəti və rifah arzulayıram”, – prezident əlavə edib.