Xəbərlər

Putin: Rusiya Harrisi dəstəkləyir

“Rusiya ABŞ-ın hazırkı Prezidenti Co Baydenin prezidentlik yarışından çəkilməsindən sonra ABŞ-ın vitse-prezidenti Kamala Harrisi dəstəkləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında çıxışı zamanı deyib.

“Mən sizə dedim ki, bizim favoritimiz hazırkı Prezident cənab Co Bayden idi, amma o, bütün tərəfdarlarına xanım Harrisi dəstəkləməyi tövsiyə etdiyi üçün, biz də ona dəstək olacağıq”, – Rusiya lideri bildirib.

“Seçim Amerika xalqının ixtiyarındadır və biz bu seçimə hörmətlə yanaşacağıq”, – Putin vurğulayıb.