Xəbərlər

Putin: Rusiya ilə NATO arasında münaqişə mümkündür

“Rusiya ilə NATO arasında münaqişə mümkündür. Bu münaqişə tam miqyaslı üçüncü dünya müharibəsinin bir addımlıqda olmasına gətirib çıxaracaq, amma bu məsələdə hər hansı tərəfin maraqlı olduğunu düşünmürəm”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin prezident seçkiləri başa çatdıqdan sonra seçki mərkəzində vətəndaşlara müraciətində deyib.

Seçkilərdə iştirakına görə ictimaiyyətə təşəkkür edən Putin Ukraynada təmas xəttində olan Rusiya ordusuna xüsusi təşəkkürünü bildirib.

Putin yeni dövrdə Rusiya ordusunun imkanlarını gücləndirmək lazım olduğunu da əlavə edib.