“Rusiya həm İsrail, həm də Fələstinlə təmasdadır”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Biz hələ də İsraillə təmasdayıq, təbii ki, Fələstinlə də təmasdayıq, bizim Sovet İttifaqı dövründən bəri ənənəvi mövqeyimiz var: tamhüquqlu Fələstin dövlətinin yaradılması. Bir daha təkrar edirəm ki, bu, Fələstin probleminin həllinin əsas yoludur”, – deyə o, BRİCS ölkələrinin media rəhbərləri ilə görüşdə bildirib.