Xəbərlər

Putin: Rusiya Pakistana enerji tədarükünü artırmağa hazırdır

Rusiya və Pakistan arasında iqtisadi münasibətlər inkişaf edir və ticarət dövriyyəsi artmaqdadır.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşdə deyib.

Putin qeyd edib ki, Rusiya Pakistanın ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verməyə çalışır, biz Pakistan bazarına taxıl çatdırılmasını artırırıq”, – deyə dövlət başçısı əlavə edib.