Xəbərlər

Putin: Rusiya və ABŞ Arktikada birgə işləyə bilər

Rusiya prezidenti Vladimir Putin Arktikada ABŞ-la əməkdaşlığa hazır olduğunu bəyan edərək, Alyaskada da əməkdaşlığın mümkün olduğunu vurğulayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Putin Şərq İqtisadi Forumunun plenar iclası zamanı bildirib.

“ABŞ-ın Alyaskada əhəmiyyətli resursları var, Rusiya isə qaz hasilatı və mayeləşdirilməsi üçün səmərəli texnologiyalara malikdir ki, bu da bir çox cəhətdən Amerika şirkətlərinin istifadə etdiyi texnologiyaları üstələyir”, – Putin əlavə edib.