Xəbərlər

Putin: Rusiya Yaxın Şərq problemlərinin həllində BƏƏ-nin mövqeyini dinləyir

“Rusiya BRİCS üzrə tərəfdaşı BƏƏ-nin Yaxın Şərqlə bağlı mövqeyini dinləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin BRİCS ölkələrinin media nümayəndələri ilə görüşündə deyib.

Putin BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə bazar günü Novo-Oqarevodakı iqamətgahında qeyri-rəsmi şam yeməyi ilə başlayacaq danışıqların planlandığını elan edib və Əmirliyin lideri ilə “məxfi əlaqəsi” barədə danışıb.

“Yaxın Şərq məsələlərinə gəlincə, biz BƏƏ rəhbərliyi tərəfindən formalaşdırılan mövqeyə qulaq asacağıq və təbii ki, praktiki siyasətimizdə bunu nəzərə alacağıq”, – Rusiya Prezidenti əlavə edib.