Xəbərlər

Putin: Rusiya Yaxın Şərq regionunda eskalasiyanı narahatlıqla izləyir

“Rusiya Yaxın Şərqdə gərginliyin artmasını narahatlıqla izləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Bəhreyn kralının milli təhlükəsizlik müşaviri Nasir bin Həməd Əl-Xəlifə ilə görüşündə deyib.

“Təəssüf ki, bugünkü görüşümüz sizin regionda gərginliyin artması fonunda keçirilir. Biz hamımız orada baş verənləri narahatlıqla izləyirik. Yəqin ki, bu barədə də danışacağıq”, – dövlət başçısı bildirib.