“Xarkov istiqamətində gedən döyüşlərdə indiki Kiyev rejimi günahkardır”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Rusiya bu gün Ukraynanın şimal-şərqində yerləşən Xarkovu ələ keçirmək niyyətində deyil”, – Putin söyləyib.
Onun sözlərinə görə, bu, sadəcə Rusiya regionlarının atəşə tutulmasına cavab olaraq bufer zona yaratmaq cəhdidir.