Xəbərlər

Putin Serbiyanın Baş nazirinin müavini Vulinlə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulin ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“Müzakirə mövzusu ikitərəfli münasibətlərlə yanaşı, həm Moskvanı, həm də Belqradı narahat edən Balkanlardakı vəziyyət olacaq”, – Peskov bildirib.