Xəbərlər

Putin və Pezeşkian telefonla danışıb

Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkiana Amerika lideri Donald Trampla Alyaskada keçirilən sammitin nəticələri barədə məlumat verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya prezidenti ilə İran prezidenti arasında telefon danışığı olub. Söhbət zamanı Putin onlara Ankoricdə keçirilən Rusiya-Amerika sammitinin əsas nəticələri barədə məlumat verib”, – məlumatda qeyd olunub.