Xəbərlər

Putin: Vyetnam Rusiyanın ən etibarlı tərəfdaşlarından biridir

Rusiya prezidenti Vladimir Putin Vyetnamı Rusiyanın ən etibarlı tərəfdaşlarından biri adlandırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.

“Vyetnamla münasibətlər uzun yol keçib və bir çox sınaqlardan şərəflə çıxıb”, – Putin qeyd edib.

“Vyetnam Sosialist Respublikasının qonaqpərvər torpağında olmaq çox xoşdur. Vyetnam Bizim çoxdankı və etibarlı dostlarımızdan və tərəfdaşlarımızdan biridir. Etibar və qarşılıqlı anlaşma əsasında qurulmuş Rusiya-Vyetnam münasibətləri uzun bir yol keçmişdir və tab gətirmişdir. İki ölkə sınaqları şərəflə keçib”, – Rusiya prezidenti vurğulayıb.