Xəbərlər

Putin: Yaxın Şərqdəki münaqişəyə regiondankənar qüvvələr cəlb olunur

“Yaxın Şərqdəki münaqişəyə regiondankənar qüvvələr cəlb olunmağa başlayıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidenti deyib.

“Mövcud beynəlxalq vəziyyət dinamik şəkildə dəyişir. Biz Yaxın Şərqdə vəziyyətin necə kəskin pisləşdiyini görürük. Münaqişəyə qeyri-regional güclər də cəlb olunur. Bütün bunlar dünyanı çox təhlükəli vəziyyətə gətirir”, – prezident əlavə edib.