Xəbərlər

Putinin Şimali Koreya ilə bağlı: Hücum olarsa, bir-birimizə yardım edəcəyik

Rusiya və Şimali Koreya tərəfləri bu ölkələrə hücum olarsa, biri digərinə kömək etmək barədə razılığa gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya ilə imzalanan hərtərəfli tərəfdaşlıq sazişinin tərəflərdən birinə hücum olacağı təqdirdə qarşılıqlı yardımı nəzərdə tutduğunu açıqlayıb.

Kremldən verilən açıqlamaya görə, Putinin Şimali Koreyaya səfəri zamanı Rusiya ilə Şimali Koreya arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalanıb.