Xəbərlər

“Qafqazinfo” xəbər portalının 15 yaşı tamam olur

Bu gün “Qafqazinfo” xəbər portalının yaranmasının 15 ili tamam olur.

16 avqust 2010-cu ildə kiçik bir kollektivlə fəaliyyətə başlayan saytın hazırda 30-dan çox rəsmi əməkdaşı var.

Sayt istər ölkədaxili, istərsə də dünyada baş verən xəbərləri işıqlandırmaq məqsədilə hər il sıralarını genişləndirir, peşəkarları, perspektivli gəncləri ətrafına toplayır, həm öyrənir, həm öyrədir.

Paytaxtdan başqa, regionlarda da olan hadisələrdən anında xəbər tutmaq üçün saytın bölgə müxbirləri də fəaliyyət göstərir. Ölkədə ən çox oxunan mənbələrdən biri olan “Qafqazinfo”da Azərbaycan və rus dilində gündəlik 100-dən çox xəbər dərc olunur, sayt 24 saat fasiləsiz yenilənir.