Xəbərlər

Qallant İsrail əsgərlərini Livanda quru əməliyyatına hazırlaşmağa çağırıb

İsrailin müdafiə naziri Yoav Qallant hərbçilərlə görüşündə onları Livanda quru əməliyyatlarına hazırlaşmağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

“Biz Livanda yerüstü döyüş əməliyyatlarına hazırlığı tam şəkildə başa çatdırırıq, bu, bütün aspektlərə aiddir”, – Qallant bildirib.