Xəbərlər

Qaluzin: Rusiya Ermənistanın NATO sammitində iştirakına təəssüf edir

“Rusiya tərəfi Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakından təəssüflənir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Ria Novosti”yə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Təhlükəsizlik sferası barədə danışarkən qeyd etmək istərdim ki, Ermənistan hələ də KTMT üzvü olaraq qalır, hərbi və hərbi-texniki sferalarda çoxsaylı ikitərəfli sazişlərdə də tərəfdir”, – Qaluzin qeyd edib.