Xəbərlər

Qaluzin: Rusiya Ermənistanla Azərbaycan arasında barışığa hazırdır

Rusiya Ermənistanla Azərbaycan arasında barışıqla bağlı öz dəstəyini göstərməyə hazır olduğunu təsdiq edir.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a bildirib.

Qaluzin qeyd edib ki, Rusiya tərəfi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mayın 10-11-də Qazaxıstanda keçirilən görüşünü, Eyni zamanda Ararat Mirzoyan və Ceyhun Bayramovun sülh müqaviləsinin təşkili ilə bağlı müvafiq açıqlamalarını müsbət qiymətləndirir.

“Həmin görüş iştirak edən tərəflərə Cənubi Qafqazda sülh və sabitliyə doğru irəliləmək imkanı verib və daha bir vacib addım atılıb. Moskva artıq Bakı və Yerevan arasında iki dəfə sülh danışıqları təşkil edib və bu, 2023-cü ilin may və 2023-cü ilin iyulunda olub”, – deyə Qaluzin vurğulayıb.

Qaluzin əlavə edib: “Biz Rusiyaya qardaş iki xalqının barışmasına bundan sonra da tam dəstəyimizi göstərməyə, regionda bütün ölkələrin təhlükəsizliyini və çiçəklənməsini təmin etmək məqsədilə qarşılıqlı məqbul və balanslaşdırılmış həll yollarının axtarışına dəstək verməyə hazırıq”.