Xəbərlər

Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin təhqiqatını dekabra qədər tamamlamağı planlaşdırır

“Qazaxıstan hakimiyyəti 2025-ci ilin dekabrına qədər Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı yekun hesabatı tamamlamalıdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev brifinqdə bildirib.

“Beynəlxalq Mülki Aviasiya Təşkilatının tövsiyə olunan təcrübəsinin tələblərinə və standartlarına uyğun olaraq təhqiqat üzrə yekun hesabat bu ilin dekabr ayına qədər tamamlanmalıdır”, – o qeyd edib.