Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) ölkənin BRİCS tərəfdaşı statusu aldığını təsdiqləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Sputnik Armenia” Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aybek Smadiyarova istinadən məlumat yayıb.
Qeyd edək ki, bir gün əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov 2025-ci il yanvarın 1-dən Qazaxıstan və daha 8 ölkənin rəsmi olaraq təşkilatın tərəfdaşı statusunu alacağını bildirib.