Xəbərlər

Qazaxıstan Cənubi Koreyanın AES-in tikintisində iştirakında maraqlıdır

“Astana Koreya Respublikası şirkətlərinin Qazaxıstanda atom elektrik stansiyasının tikintisi üzrə konsorsiumda, eləcə də ehtiyatların hasilatı və emalı layihələrində iştirakına ümid edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Seulda keçirilən 17-ci “Mərkəzi Asiya – Koreya Respublikası” əməkdaşlıq forumunda Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu deyib.

“Cənubi Koreya şirkətlərinin bu layihələrdə iştirakı Mərkəzi Asiya regionun enerji təhlükəsizliyi üçün yeni perspektivlər yaradacaq. Mərkəzi Asiya Qazaxıstan vasitəsilə Asiya və Avropanı birləşdirə bilən mühüm logistika mərkəzinə çevrilir, Koreya Respublikası da öz növbəsində bütün Mərkəzi Asiya regionunun iqtisadi və texnoloji inkişafında getdikcə daha mühüm rol oynayır”, – Nurtleu bildirib.