Qazaxıstan Müdafiə Nazirliyi KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin birləşmələrinin statusu haqqında Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun imzalanması təklifi ilə çıxış edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Kazinform” məlumat yayıb.
Qazaxıstan tərəfinin təklifinə görə, KTMT-yə üzv dövlətlərin ərazilərində kollektiv təhlükəsizlik qüvvələrinin olması üçün hüquqi bazanın təkmilləşdirilməsinə yönəlmiş Sazişə dəyişikliklər edilməlidir.
Beləliklə, göndərən tərəfin birləşmələri qəbul edən tərəfin ərazisinə aşağıdakı hallarda göndərilə bilər:
- bir və ya bir neçə tərəfə qarşı silahlı hücum (təcavüz) təhlükəsi olduqda;
- kollektiv təhlükəsizliyə digər çağırışlara və təhdidlərə qarşı mübarizə;
- təhlükənin qarşısının alınması zamanı kollektiv müdafiə hüququndan istifadə etmək barədə qərar qəbul edən tərəfin rəsmi müraciətinə uyğun olaraq böhran vəziyyətlərinin, fövqəladə halların aradan qaldırılması, humanitar yardımın göstərilməsi;
- birgə təlimlərdə və qəfil yoxlamalarda iştirak.