Xəbərlər

Qazaxıstan: OPEC+ toplantısında ABŞ-ın neft hasilatını artırmaq planları müzakirə olunacaq

“Yaxın vaxtlarda OPEC+ nümayəndələrinin görüşü planlaşdırılır. Görüşdə ABŞ-ın neft hasilatını artırmaq planları müzakirə ediləcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev brifinqdə deyib.

“Yaxın vaxtlarda OPEC+ nümayəndələri səviyyəsində görüş planlaşdırılır ki, bu görüşdə təşkilatın mövcud vəziyyətlə bağlı siyasəti, o cümlədən ABŞ-ın hasilat həcmini artırmaq planları müzakirə olunacaq və razılaşdırılmış mövqe qəbul olunacaq”, – nazir əlavə edib.