Xəbərlər

Qazaxıstan Prezidenti Özbəkistan liderini orden ilə təltif edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistanın lideri Şavkat Mirziyoyevi iki ölkə arasında dostluq və əməkdaşlığı möhkəmləndirdiyinə görə “Qızıl Qartal” ordeni ilə təltif edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, “Qızıl Qartal” ordeni Qazaxıstan Respublikasının vətəndaşlarının ölkə qarşısında müstəsna dövlət xidmətlərini tanıyan ən yüksək fərqlənmə dərəcəsidir.