Xəbərlər

Qazaxıstan Rusiya və Ukraynanı sülhə çağırıb

Kursk vilayətində yaranmış vəziyyətlə əlaqədar olaraq Qazaxıstan hakimiyyəti Rusiya və Ukraynanı münaqişəni sülh yolu ilə həll etməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyini (XİN) məlumat yayıb.

“Həqiqətən də, bu gün bütün dünya Rusiya Federasiyasının Kursk vilayətindəki vəziyyəti böyük narahatlıqla izləyir, qeyd etmək istərdim ki, Qazaxıstan həmişə bütün ölkələrin BMT Nizamnaməsinə əməl etməsinin zəruriliyini vurğulayır, dövlətlərin ərazi bütövlüyü prinsipini bəyan edir, bu baxımdan biz dövlətlər arasında bütün münaqişələrin siyasi və diplomatik vasitələrin geniş tətbiqi ilə müstəsna olaraq sülh yolu ilə həllinin tərəfdarıyıq”, – məlumatda qeyd olunub.