Xəbərlər

Qazaxıstan Suriya ilə bağlı Astana prosesini davam etdirməyə hazırdır

“Qazaxıstan qarant ölkələr – İran, Rusiya və Türkiyə ilə birlikdə Suriya üzrə Astana formatında görüşlərin davam etdirilməsi məsələsinə baxmağa hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakaev deyib.

“Astana prosesi Suriyadakı vəziyyətin sülh yolu ilə həllinə yönəlmiş bir prosesdir və bu çərçivədə qalır”, – o əlavə edib.