“Oktyabrın 6-da Qazaxıstanda atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı referendum keçiriləcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
Tokayev artan qlobal enerji çatışmazlığına diqqət çəkərək, onların etibarlı və ekoloji cəhətdən təmiz enerji mənbələrinə ehtiyacı olduğunu da bildirib.
Bu səbəbdən ölkədə nüvə energetikasının inkişafına önəm verilməli olduğunu vurğulayan Tokayev, Qazaxıstan iqtisadiyyatının sürətlə artan ehtiyaclarını yalnız AES-in ödəyə biləcəyinə diqqət çəkib.