Xəbərlər

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev açıqlama verib.

Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsində 4 nəfərin boğularaq öldüyünü, Türküstan bölgəsində isə bir azyaşlının su axının altında qalaraq həyatını itirdiyini bildirib.

Abay vilayətində 2 nəfərin axtarışlarının davam etdiyini deyən Kocayev əlavə edib ki, baş vermiş hadisələrlə bağlı artıq cinayət işi açılıb, polis əməkdaşları tərəfindən araşdırma aparılıb.