Xəbərlər

Qazaxıstanda mədənin çökməsi nəticəsində 7 nəfər həlak olub

Qazaxıstanın Ulitau vilayətində mədənin çökməsi nəticəsində 7 nəfər həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Kazakhmys Corporation LLP”yə məxsus şaxtada axtarış-xilasetmə əməliyyatları zamanı 7 işçinin meyiti tapılıb. Onların şəxsiyyəti müəyyənləşdirilir. İşçilərin hamısının cəsədi məhkəmə-tibbi ekspertizası üçün polis əməkdaşlarına təhvil verilib”, – məlumatda bildirilib.

Qeyd edək ki, mədən fevralın 17-də axşam saatlarında çöküb.