Xəbərlər

Qazaxıstandakı təlimlərdə Mərkəzi Asiya və Azərbaycan Müdafiə Nazirliyinin rəhbərləri iştirak ediblər

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın müdafiə nazirləri Qazaxıstanın Manqistau vilayətində keçirilən “Birlestik-2024” beynəlxalq təlimlərin gedişi ilə tanış olublar.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Qazaxıstanın Müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarını, onlara həvalə edilmiş hərbi hissələrin döyüş hazırlığı imkanlarını və təlimin keçirilməsi ilə tanış edib.