Xəbərlər

Qazaxıstanlı politoloq: Azərbaycanla qarşılıqlı əlaqələrimiz strateji tərəfdaşlığa əsaslanır

Azərbaycanla qarşılıqlı əlaqələrimiz strateji tərəfdaşlığa əsaslanmaqla yanaşı, yüksək dinamikası ilə fərqlənir.

Bu barədə “Füyuzat” “Report”a istinadən məlumat verib.

“Bakı və Astananın qarşılıqlı əlaqəsi strateji tərəfdaşlıq səviyyəsində qurulub və yüksək dinamikası ilə fərqlənir. Əməkdaşlıq enerji, nəqliyyat, logistika, investisiya və humanitar sahələrini, o cümlədən Transxəzər istiqamətinin inkişafını və türk inteqrasiya formatları çərçivəsində koordinasiyanı əhatə edir”, – o bildirib.

N.Munbayevin fikrincə, Azərbaycan və Qazaxıstanın yaxınlaşması təkcə ikitərəfli deyil, həm də daha geniş strateji əhəmiyyətə malikdir: “Çünki bu, Mərkəzi Asiya və Cənubi Qafqazın iqtisadi bağlılığını gücləndirir, eyni zamanda türk dövlətlərinin Avrasiya məkanındakı mövqelərinin möhkəmləndirilməsinə töhfə verir”.

O vurğulayıb ki, Azərbaycan prezidentinin xarici siyasəti sistemli və uzunmüddətli xarakter daşıyır, dövlət suverenliyinin möhkəmləndirilməsinə, milli maraqların müdafiəsinə, Cənubi Qafqazda və qonşu regionlarda davamlı təhlükəsizlik arxitekturasının formalaşdırılmasına yönəlib.

Politoloq həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişatını şərh edib: “Bakının sülh ilə bağlı təşəbbüsləri konkret praktiki addımlarla müşayiət olunur”.

O, nümunə olaraq Azərbaycanın bu yaxınlarda Ermənistana 22 vaqon neft məhsulları göndərməsini göstərib və bunu regionda etimadın bərpasına yönəlmiş iqtisadi və humanitar siqnal kimi dəyərləndirib.