“Qazprom” Ukrayna ərazisindən tranzitlə Avropaya 42,4 milyon kubmetr qaz tədarük edir.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Qazprom”un nümayəndəsi məlumat verib.
“Qazprom” Rusiya qazını Ukrayna ərazisindən tranzit üçün Ukrayna tərəfinin təsdiq etdiyi həcmdə, yəni 42,4 milyon kubmetr həcmində tədarük edir”, – nümayəndə bildirib.
Nümayəndə qeyd edib ki, Ukrayna ərazisindən keçən tranzit xətti Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə tədarükü üçün yeganə marşrut olaraq qalır.